25 avqustda Gorus-Qafan yolunun Qubadlı rayonu yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının əsgəri erməni diversantları tərəfindən soyuq silahla hücuma məruz qalıb. Sərhəddə baş verən hadisələrlə bağlı Azərbaycan Gorus-Qafan yolunu bağlayıb. Gorus -Qafan yolunun bağlanması nə deməkdir, Azərbaycan bu addımı niyə atdı?
Bu barədə hafta.az-a açıqlama verən Milli Məclisin deputatı bildirib ki, Gorus-Qafan yolu Azərbaycan sərhədləri daxilindədir və Azərbaycan ermənilərə bu yoldan istifadə etməyə icazə vermişdi.
“Çox təəssüf ki, ermənilərdə ahansısa revanşist fikirlər, ideyalar canlanır. Təbii ki, Azərbaycan ermənilərə sərhəddi pozmağa, öz mənfur oyunlarını davam etdirməyə imkan verməyəcək. Ermənistan öz təxribatlarına bu şəkildə davam edərsə, Azərbaycanən Dəmir Yumruğu yerindədir və Ermənistan cavabını alacaq”.
A.Mollazadə hesab edir ki, Görus-Qafan yolunun bağlanması və sülhməramlıların bu prosesin araşdırılmasına dəvət edilməsi ermənilər verilən ilk cəzadır.
“Biz hesab edirik ki. Ya Ermənistan bu təxribatlarına son qoyacaq, ya da Dəmir Yumruq öz işini görəcək”.